https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-12/294591_qrwivaigrh.jpg Sultan Süleymanın süd qardaşı - Türkan Turan yazır
https://525.az/img/pics/medium/2025-03/346721_uk5m8e3xyq.jpg Qərarsızlığın yorğunluğu - Rə­van Cavid yazır
https://525.az/img/pics/medium/2024-08/324144_yo8mtdgy7k.jpg "Mənim Şuşa dastanım" - İmdat Avşar yazır
search
12 May 2025

Cüdoçularımızdan Avropa çempionatında 5 medal

Cüdoçularımızdan Avropa çempionatında 5 medal

Azərbaycan cüdoçuları Monteneqroda keçirilən böyüklər arasında Avropa çempionatını 5 medalla başa vurub.

525.az xəbər verir ki, yığma Podqoritsa şəhərində baş tutan qitə yarışında 1 gümüş və 4 bürünc medal əldə edib.

100 kq çəki dərəcəsində tatamiyə çıxan Zelim Kotsoyev gümüş medala yiyələnib. Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (-81 kq) və Murad Fətiyev (-90 kq) bürünc medal qazanıb.

Uşanqi Kokauri (+100 kq) turniri 5-ci, Turan Bayramov (-60 kq) isə 7-ci pillədə tamamlayıb. Yığma mötəbər turnirdə qarışıq komanda yarışında da iştirak edib.

Yekunda Azərbaycan medalların əyarına görə 47 ölkə arasında ümumi komanda hesabında 10-cu, kişilər arasında isə 5-cı yeri tutub.

Qeyd edək ki, Zelim Kotsoyevdən başqa bütün mükafatçılarımız karyeralarında ilk dəfə böyüklər arasında Avropa çempionatının medalçısı olublar. Azəbaycan cüdo tarixində ilk dəfə olaraq idmançılarımız qitə yarışında beş müxtəlif çəki dərəcəsində fəxri kürsüyə yüksəlib.

Ölkəmizi Avropa çempionatında 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edib.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.