525.Az

İsrail Livanda “Hizbullah”ın radikal üzvünü zərərsizləşdirib


 

İsrail Livanda “Hizbullah”ın radikal üzvünü zərərsizləşdirib<b style="color:red"></b>

İsrail hərbçiləri Livanın cənubundakı Xalta yaşayış məntəqəsinə hava hücumu təşkil edərək, radikal “Hizbullah” hərəkatının yaraqlısını öldürüb.

525.az “Report”a istinadən  xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.

"Bazar günü səhər saatlarında İsrailin Müdafiə Ordusu Halta bölgəsinə zərbələr endirib və "Hizbullah" terrorçusunu məhv edib", - məlumatda deyilir.

İsrail Ordusunun məlumatına görə, öldürülən radikal "Hizbullah”ın Halta bölgəsində mövcudluğunu bərpa etmək cəhdlərində iştirak edib.

 





27.04.2025    çap et  çap et