Bakıda avtomobil idaretmədən çıxaraq idman zalının içinə girib.
525.az xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
2000-ci il təvəllüdlü Orxan Qurbanovun idarə etdiyi "Azsamand" markalı avtomobil idman zalının içinə daxil olub. Sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb ("Report").