"Neftçi"nin və milli komandamızın qapıçısı Emil Balayev Almaniyanın bundesliqa klubun “Ayntraxt”la müqavilə imzalayıb.
Qol.Az-ın "Neftçi"nin saytına istinadən yaydığı xəbərə görə, Almaniya təmsilçisinin heyətində baxışdan uğurla keçmiş Emil Balayev adı çəkilən klubun şərəfini qoruyacaq.
Gənc qapıçı dekabrın 14-ü “Neftçi” – “Sumqayıt” oyunundan əvvəl mətbuat nümayəndələrinin bundesliqa klubuna keçidi ilə bağlı suallarını cavablandıracaq. Emil Balayevin keçidi ilə bağlı mətbuat konfransı 8-ci km qəsəbə stadionunun mətbuat zalında təşkil olunacaq və saat 15:30-da başlayacaq.
çap et