https://525.az/img/pics/medium/2025-05/352563_zpfn13jbim.jpg "Ermənistanın dağ-mədən sənayesi bütün bölgə üçün ekoloji təhlükədir"
https://525.az/img/pics/medium/2025-05/352709_4uqdskp1uh.jpg “525-ci qəzet”in 13 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-12/294591_qrwivaigrh.jpg Sultan Süleymanın süd qardaşı - Türkan Turan yazır
search
12 May 2025

İkiqat dünya və Avropa çempionu tərəfindən ustad dərsi keçirilib

İkiqat dünya və Avropa çempionu tərəfindən ustad dərsi keçirilib

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə Milli Xalça Muzeyində şahmat üzrə ikiqat dünya və Avropa çempionu Antoaneta Stefanova tərəfindən "ustad dərsi" keçirilib.

525.az-a AŞF-nin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə iştirak edən qurumun prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov əsas məqsədin yeniyetmə və gənc şahmatçıların peşəkar idmançı kimi formalaşmasına dəstək vermək olduğunu bildirib.

20 yeniyetmə və gənc şahmatçının iştirak etdiyi görüşdə Antoaneta Stefanova uğur yolundan, karyerasının önəmli anlarından söhbət açıb. Sonra şahmatda debüt və digər vəziyyətlərlə bağlı fikir mübadiləsi aparılıb, yeniyetmə və gəncləri maraqlandıran suallara cavab verilib.

"Ustad dərsləri"nin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, AŞF yeniyetmə və gənclərdə idmana marağın aşılanması, onların sağlam ruhda tərbiyə edilməsi istiqamətində mütəmadi olaraq müxtəlif layihələr və tədbirlər həyata keçirir.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.