525.Az

Gürcüstan Prezidenti bu gün Ermənistana səfərə gedəcək


 

Gürcüstan Prezidenti bu gün Ermənistana səfərə gedəcək<b style="color:red"></b>

Gürcüstan Prezidenti Mixail Kavelaşvili bu gün İrəvana rəsmi səfər edəcək.

525.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində o, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla təkbətək, daha sonra geniş tərkibdə görüşəcək, bundan sonra tərəflər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

M.Kavelaşvili həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan və bütün ermənilərin katolikosu II Qareginlə görüşəcək.

Gürcüstan nümayəndə heyətinə prezident administrasiyasının rəhbəri Ketevan Kvinikadze, xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlament sədrinin birinci müavini Georgi Volski və başqaları daxil olacaq.

 





28.04.2025    çap et  çap et