525.Az

Azarkeşlərdən "Qarabağ"-"İnter" matçının hakiminə "hədiyyə"


 

Azarkeşlərdən "Qarabağ"-"İnter" matçının hakiminə "hədiyyə"<b style="color:red"></b> "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində "İnter"lə oyunda üzləşdiyi haqsızlığa Çexiyada yaşayan həmvətənlərimiz qəribə reaksiya veriblər.

Lent.az-ın futbol11.az istinadən verdiyi xəbərə görə, həmvətənlilərimiz Çexiya Futbol Federasiyasına "hədiyyə" göndərib. Həmin hədiyyə paketinin içərisində isə -4 ölçülü eynək olub.

Onun hakim Zelinkaya təqdim olunması xahiş edilib. Bununla da, həmyerlilərimiz hakimin gözünün "kor" olmasını Çexiya Futbol Federasiyasının rəhbərliyinə də bildirmək istəyib.
 





13.12.2014    çap et  çap et