525.Az

Məsud Pezeşkian: Azərbaycanla əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur


 

Məsud Pezeşkian: Azərbaycanla əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur<b style="color:red"></b>

Azərbaycan Respublikası ilə əməkdaşlıq üçün yaxşı imkanlar, fürsətlər və əsaslar mövcuddur.

525.az “Report”a istinadən xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan respublikasına səfərdən öncə açıqlamasında bildirib.

“Biz İran, Azərbaycan Respublikası və Rusiya arasında ticarət, elmi, iqtisadi məsələləri, tranzit yollarını müzakirə edəcəyik", - Prezident söyləyib.

Onun sözlərinə görə, bu səfər dost və qardaş ölkə Azərbaycan Respublikasının prezidentinin rəsmi dəvəti ilə həyata keçirilir: “Biz həmçinin Azərbaycandakı yaxınlarımızla görüşməkdə maraqlıyıq".

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian bu gün Azərbaycana səfərə yola düşüb.

 





28.04.2025    çap et  çap et