525.Az

Rusiya Xarkovda növbəti yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb


 

Rusiya Xarkovda növbəti yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb<b style="color:red"></b>

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətində növbəti yaşayış məntəqəsini ələ keçirib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu Xarkov vilayətinin Kamenka yaşayış məntəqəsini nəzarətə götürüb.

""Qərb" qoşun qruplaşmasının bölmələrinin aktiv fəaliyyəti nəticəsində Xarkov vilayətinin Kamenka kəndi azad edilib", - Rusiya MN-in məlumatında qeyd olunub.

 





28.04.2025    çap et  çap et