525.Az

Rusiya Prezidenti faşizm üzərində qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib


 

Rusiya Prezidenti faşizm üzərində qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib.

525.az “Report” a istinadən verir ki, bu barədə Kreml məlumat yayıb.

Rusiya ordusu mayın 7-dən 8-nə keçən gecə, saat 00:00-dan mayın 10-dan 11-nə keçən gecə saat 00:00-dək döyüş əməliyyatlarını dayandıracaq.

"Rusiya tərəfi ilkin şərtlər olmadan sülh danışıqlarına hazır olduğunu bəyan edir. Rusiya hesab edir ki, Ukrayna tərəfi bu nümunəni izləməlidir", - Rusiya Prezidentinin bəyanatında bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, əgər atəşkəs pozularsa, "Rusiya ordusu adekvat və effektiv cavab verəcək".

 





28.04.2025    çap et  çap et