525.Az

"Növbəti mövsümdə də "Qarabağ"da qalacam”


 

"Növbəti mövsümdə də "Qarabağ"da qalacam”<b style="color:red"></b>

"Çətin oyun alındı. “Sabah” yaxşı komandadır. Bizə qarşı da inamlı çıxış etdilər. Düzdür, qalib gələ bilməsək də, qazanılan 1 xal da çempionluq üçün kifayət etdi”. 

QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Redon Cica Misli Premyer Liqasının 32-ci turu çərçivəsində “Sabah”a qarşı keçirilən oyun (1:1) haqda danışarkən deyib. 

O, jurnalistlərə açıqlamasında çempionluğu belə şərh edib: “Təbii k, çempion olmaq çox xoşdur. Sevinirəm ki, qızıl medallara sahib çıxdıq. Bu, mövsüm boyu çəkilən əziyyətimizin bəhrəsidir”. 

Alban forvard mövsümün sonunda “Qarabağ”dan ayrılacağı barədə yayılan xəbərlərə də aydınlıq gətirib: “Mənim “Qarabağ”la hələ 1 illik müqaviləm var. Sözləşməm 2026-cı ilin yayında bitir. Ona görə də növbəti mövsüm də komandada qalacağam”. 

 





28.04.2025    çap et  çap et