525.Az

“Ermənistan Rusiya ilə münasibətləri korlamaq niyyətində deyil” - Paşinyan


 

“Ermənistan Rusiya ilə münasibətləri korlamaq niyyətində deyil” - <b style="color:red"> Paşinyan</b>

“Ermənistanla Rusiya arasında münasibətlər qarşılıqlı maraqlara əsaslanır”.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Tallində estoniyalı həmkarı Kristen Mixal ilə keçirdiyi mətbuat konfransında deyib.

“Ermənistanla Rusiya arasında münasibətlər qarşılıqlı maraqlar üzərində qurulub və qurulacaq. Amma mən çox açıq demək istərdim, məncə, Ermənistanda da çox vaxt reallığı düzgün əks etdirməyən ifadələr olur. Bizim heç bir şəkildə Rusiya ilə münasibətləri gərginləşdirmək, pozmaq və ya korlamaq niyyətimiz yoxdur. Biz bütün beynəlxalq tərəfdaşlarla yaxşı münasibətlər qurmaq istəyirik”, - deyə Paşinyan bildirib.

İbrahim Cəfərov

 





28.04.2025    çap et  çap et