Azərbaycan diplomatiya və insanlığın yüksək səviyyəsini nümayiş etdirən unikal bir ölkədir.
525.az “Report” a istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycana təyin olunmuş səfiri Ronen Kraus Dağ Yəhudiləri Koordinasiya Mərkəzinin və Akko şəhər (İsrail) Dağ Yəhudiləri İcmasının nümayəndələri ilə görüşündə bildirib.
"Azərbaycan hər bir insanın özünü azad, xoşbəxt hiss etdiyi bir ölkədir. Burada mən sadəcə yüksək səviyyəli diplomatiyanı deyil, həm də həqiqi insanlığı gördüm", - diplomat vurğulayıb. O, iki dövlət arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Tədbir çərçivəsində müzakirənin əsas mövzusu İsrail və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi olub.
Görüş iştirakçıları regional təhlükəsizlik məsələləri barədə də fikir bildiriblər. Vurğulanıb ki, Azərbaycan həmişə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində ədalətli və ardıcıl mövqe tutub.
Görüşdə iştirak edənlər Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanmasına ümid ifadə ediblər və Ermənistanın regionda təxribatçı hərəkətlərini pisləyiblər.
Dəyirmi masa formatında keçirilən görüşdə həmçinin siyasi və ictimai xadimlər, o cümlədən İsrailin müdafiə nazirinin müşaviri Pavel Yelizarov, Kiryat Yam şəhərində yerləşən Qafqaz yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmaelov və başqaları iştirak ediblər.
çap et