525.Az

ABŞ-də avtomobil məktəbə çırpıldı, 4 uşaq həlak oldu


 

ABŞ-də avtomobil məktəbə çırpıldı, 4 uşaq həlak oldu<b style="color:red"></b>

İllinoys ştatının Çatem şəhərciyində yolsuzluq avtomobili məktəb binasına çırpılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 4 uşaq həlak olub.

Dünyasını dəyişənlər 4-18 yaşlarındadır. Daha bir neçə nəfər xəsarət alıb. Onlardan biri ağır vəziyyətdə helikopterlə xəstəxanaya çatdırılıb.

Sürücü avtomobildə tək olub. Onun xəsarət almadığı bildirilir.

Qeyd edək ki, yerli polis sürücünü saxlayıb. Cinayət işi qaldırılıb, hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

L.Tağıyeva

 





29.04.2025    çap et  çap et