525.Az

Samsunda yanğın - 1 nəfər həyatını itirib


 

Samsunda yanğın - <b style="color:red"> 1 nəfər həyatını itirib</b>

Türkiyənin Samsun şəhərində yaşayış binasında yanğın olub.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, hadisə 3 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib. Hadisə yerinə dərhal yanğınsöndürmə briqadası, polis və təcili yardım cəlb edilib.

Yanğının başladığı otaqda olan 41 yaşlı əqli qüsurlu Erdem Ekinci dumandan zəhərlənib. O, dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Yanğının səbəbi araşdırılır.

İbrahim Cəfərov

 





30.04.2025    çap et  çap et