525.Az

Tanınmış rəssam Məmməd Şirzad bir sıra əsərlərini AMEA-ya bağışlayıb


 

Tanınmış rəssam Məmməd Şirzad bir sıra əsərlərini AMEA-ya bağışlayıb<b style="color:red"></b>

Azərbaycanın tanınmış rəssam-boyakarı, silsilə tabloların müəllifi olan rəssam Məmməd Şirzad bir sıra əsərlərini Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademiyanın 80 illik yubileyi münasibətilə quruma bağışlayıb.

525.az-a bu barədə AMEA-dan məlumat verilib.

Belə ki, M.Şirzad bununla bağlı AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə müraciət ünvanlayıb.

M.Şirzadın AMEA-ya bağışladığı əsərlər sırasında iri həcmli “Bizim torpaq” pannosu, “Üzümçü qızlar” tablosu, bir sıra portret rəsmləri və Gürcüstan mövzusunda çəkdiyi rəsm əsərləri kimi rəsmlər olub.

Bu münasibətlə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli professorla görüşüb, rəssama müəllifi olduğu əsərlərini Akademiyaya bağışlamasına görə minnətdarlığını bildirib.

Azərbaycan təsviri incəsənətinin təbliği və inkişafında xidmətlərinə görə, professor Məmməd Şirzad AMEA-nın “Təşəkkürnamə”si ilə təltif edilib və bunu qonağa Akademik İsa Həbibbəyli təqdim edib.

 





30.04.2025    çap et  çap et