525.Az

ARKA-ya baş direktor təyin edilib


 

ARKA-ya baş direktor təyin edilib<b style="color:red"></b>

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) baş direktor təyin olunub.

525.az-a bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Əzizov bu vəzifəyə təyinat alıb.

Rəşad Əzizov bu təyinatadək Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb.

 





30.04.2025    çap et  çap et