525.Az

İsraildə güclü yanğın başlayıb


 

İsraildə güclü yanğın başlayıb<b style="color:red"></b>

İsraildə Eştaol meşəsində güclü yanğınlar başlayıb.

525.az APA ya istinadən xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Yanğının söndürülməsinə 50-yə yaxın yanğınsöndürmə briqadası, 10 yanğınsöndürən təyyarə və bir helikopter cəlb olunub. Ərazideəki yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə başlanılıb.

AFP-nin məlumatına görə, İsrailin müdafiə naziri orduya yanğına nəzarət etmək üçün qüvvələr göndərməyi əmr edib.

 





30.04.2025    çap et  çap et