525.Az

İrəvanda fəala qarşı zorakılık faktına görə altı nəfər saxlanılıb


 

İrəvanda fəala qarşı zorakılık faktına görə altı nəfər saxlanılıb<b style="color:red"></b>

Ermənistan polisi İrəvanın Nor-Nork rayonunun inzibati binasında baş verən dava hadisəsindən sonra altı nəfəri saxlayıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i polisin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"İstintaq orqanına ötürülmək üçün materiallar hazırlanır", - qurumdan bildirilib.

Qeyd edək ki, hadisə 30 apreldə baş verib. Nor-Nork rayonunun rəhbəri Tiqran Ter-Markaryan inzibati binanın bir neçə əməkdaşı ilə birlikdə bələdiyyəyə gələn fəal Artur Çaxoyana yumruqla hücum ediblər. A.Çaxoyan xəstəxanaya yerləşdirilib.

 





30.04.2025    çap et  çap et