525.Az

Özbəkistan daha bir Afrika ölkəsi ilə diplomatik əlaqələr qurub


 

Özbəkistan daha bir Afrika ölkəsi ilə diplomatik əlaqələr qurub<b style="color:red"></b>

Özbəkistan daha bir Afrika ölkəsi - Kot-d'İvuarla diplomatik əlaqə qurub.

525.az xəbər verir ki, bununla da Özbəkistanın diplomatik əlaqələr qurduğu ölkələrin sayı 160-a çatıb.

Birgə kommünikeni Nyu-Yorkda Özbəkistanın BMT-dəki daimi nümayəndəsi Uluqbek Lapasov və Kot-d'İvuar Respublikasının BMT-dəki daimi nümayəndəsi Tiemoko Moriko imzalayıblar.
Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları çərçivəsində birgə əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər.  Danışıqlar zamanı ikitərəfli təmasların intensivləşdirilməsi, siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın qarşılıqlı faydalı sahələrinin axtarışı barədə razılıq əldə olunub.
Qeyd edilib ki, bu sənədin imzalanması Özbəkistan üçün Afrika qitəsi ilə əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addım olub.

Pərvanə Sultanova

 





30.04.2025    çap et  çap et