Avropa İttifaqında (Aİ) 93,3 milyon insan yoxsulluq riski ilə üzləşib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) 2024-cü ildə Aİ ölkələrində yoxsulluq və sosial təcrid riski altında yaşayanlar haqqında dərc etdiyi məlumatda bildirilir.
Qeyd edilir ki, ötən il Aİ-də əhalinin 21 faizi yoxsulluq və ya sosial təcrid riski ilə üzləşib.
Beləliklə, Aİ ölkələrində ümumilikdə 93,3 milyon insan yoxsulluq həddinin altında yaşayır. Bu cür yaşayan insanların nisbətinin ən yüksək olduğu ölkələr 30,3 faizlə Bolqarıstan, 27,9 faizlə Rumıniya, 26,9 faizlə Yunanıstan, 25,8 faizlə İspaniya və Litvadır.
Yoxsulluğun və ya sosial təcridin ən aşağı olduğu ölkələr isə Çexiya (11,3 faiz), Sloveniya (14,4 faiz), Niderland (15,4 faiz), Polşa (16 faiz) və İrlandiya (16,7 faiz) olub.
İbrahim Cəfərov
çap et