525.Az

Məşhur şirkətin gəlirləri 40 faiz azalıb


 

Məşhur şirkətin gəlirləri 40 faiz azalıb<b style="color:red"></b>

Almaniyanın məşhur "Volkswagen" avtokonserninin gəlirləri bu ilin 1-ci rübü üçün ötən ilki dövrlə müqayisədə 40 faiz azalıb.

525.az Almaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb istehsalat xərclərinin artması və ABŞ tərəfindən vergi  tariflərinin artırılmasıdır.

2024-cü ilin ilk rübündə konsernin gəliri 4,55 milyard dollar olmuşdursa, cari ilin eyni dövründə 2,87 milyard dollar təşkil edib. Bu isə həm də o deməkdir ki, gəlir 1,6 dəfə azalıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən tətbiq olunan yeni tariflərə görə bu ayın əvvəlindən şirkət ABŞ və Meksikaya avtomobil tədarükünü dayandırıb.

L.Tağıyeva

 





29.04.2025    çap et  çap et