Ufa şəhərində 53 saylı məktəbdə ilanlar peyda olub.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə bir qrup valideyn müxtəlif instansiyalara şikayət ünvanlayıb.
Havaların qızması və məktəbin zirzəmisində nəmişliyin olması ilanlar üçün münbit şərait deməkdir. Sürünənlər apreldə bir neçə dəfə sinif otaqlarında, dəhlizlərdə və kitabxanada görünüblər. Üstəlik, onların zəhərli olması şagirdlərə və müəllimlərə həyati təhlükə yaradır.
Şikayətçilər hələlik heç bir qurumun onların müraciətinə ciddi yanaşmadığını bildirirlər.
Qeyd edək ki, onların sözlərinə görə, artıq, bir neçə ildir ki, 53 saylı məktəbdə mənzərə dəyişməz qalır, hər dəfə havalar isinəndə sürünənlər orada peyda olur.
L.Tağıyeva
çap et