İspaniyada Beynəlxalq Tennis Federasiyasının bayrağı altında keçirilən turnir zamanı hakimi təhqir edən rusiyalı tennisçi Svyatoslav Qulin hərəkətinə görə üzr istəyib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qulin ispaniyalı Alexo Sançes Kileslə matçın 3-cü setində hesabda 4:0 irəli olmasına baxmayaraq, əsəblərinin tarıma çəkildiyini bildirib və bu üzdən hakimi təhqir etdiyini söyləyib.
Qeyd edək ki, etdiyi hərəkətə görə rusiyalı yarışdan kənarlaşdırılmaqla yanaşı, 2 min avro cərimə də olunub.
L.Tağıyeva
çap et