İndoneziyada timsah 9 yaşlı uşağı parçalayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, faciəvi hadisə həftəsonu Şərqi Kutay əyalətində baş verib.
Sanqatta çayında çimən 6 uşaqdan biri timsahın hücumuna məruz qalıb. Vəhşi uşağı suyun altına çəkərək yoxa çıxıb.
Hadisə yerində dərhal axtarışa başlayan xilasedicilər 1 gün sonra 200 metr aralıda uşağın qalıqlarını aşkar ediblər.
Qeyd edək ki, İndoneziyada şirin su hövzələrində əsasən daraqlı, siam və İndoneziya timsahları məskunlaşıblar. Bu dəfəki hadisədə uşağın qatili böyük ehtimalla Sanqatta çayında tez-tez rastlaşılan daraqlı timsahdır.
L.Tağıyeva
çap et