525.Az

Türkiyədə avtobus aşıb - 28 nəfər yaralanıb


 

Türkiyədə avtobus aşıb -<b style="color:red"> 28 nəfər yaralanıb</b>

Türkiyədə ağır yol qəzası baş verib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Van şəhərində sərnişin avtobu aşıb.

Sürücünün sükana nəzarəti itirməsi nəticəsində çevrilən avtobus elektrik dirəyinə çırpılıb. Bədbəxt hadisə nəticəsində 28 nəfər yaralanıb.  

Hadisə yerinə xeyli sayda ambulans, polis və yanğınsöndürən cəlb edilib.

Yaralılar dərhal Vandakı xəstəxanalara aparılıb. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

İbrahim Cəfərov

 





01.05.2025    çap et  çap et