ABŞ-nin müdafiə naziri Pete Hegseth İranı təhdid edib.
525.az “Milliyet”ə istinadən xəbər verir ki, İranın Yəməndəki Husilərə verdiyi dəstəkdən narazılığını bildirən Hegseth “X” sosial şəbəkəsində “İrana mesaj” başlıqlı paylaşım edib.
“Husilərə verdiyiniz ölümcül dəstəyi görürük. Nə etdiyinizi çox yaxşı bilirik”, - deyə ABŞ-nin müdafiə naziri vurğulayıb.
İranın ABŞ ordusunun nələr edə biləcəyinə çox yaxşı bələd olduğunu vurğulayan Pete Hegseth Tehranın bu mövzuda daha öncə xəbərdar eildiyini xatırladıb:
“Husilərə verdiyiniz dəstək cəzasız qalmayacaq. Nəticələrinə bizim seçəcəyimiz zaman və yerdə qatlanacaqsınız”.
İbrahim Cəfərov
çap et