525.Az

İstanbulda icazəsiz aksiyalar keçirməyə cəhd edilib, 300 nəfər saxlanılıb


 

İstanbulda icazəsiz aksiyalar keçirməyə cəhd edilib, 300 nəfər saxlanılıb<b style="color:red"></b>

İstanbul şəhərinin hüquq-mühafizə orqanları hökumət tərəfindən icazə verilməyən kortəbii aksiyaların təşkilinə cəhd etdikləri üçün təxminən 300 nəfəri saxlayıb.

525.az "Report" -a istinadən xəbər verir ki, bu barədə Müasir Hüquqşünaslar Assosiasiyası məlumat yayıb.

Qeyd olunub ki, şəhər administrasiyası icazəsiz 1 May nümayişlərinin keçirilməsinin qarşısını almaq üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb.

İstanbul hakimiyyəti həmkarlar ittifaqlarına 1 May nümayişlərini yalnız Kadıköy və Kartalda keçirməyə icazə verib. Türkiyədə mayın 1-də qeyd olunan Əmək və Həmrəylik Günündə təhlükəsizliyin təmin edilməsi üçün təxminən 40 min polis cəlb edilib.

 





01.05.2025    çap et  çap et