Keniyanın paytaxtı Nayrobidə naməlum şəxslər parlamentin üzvü Onqondo Vereni güllələyərək qətlə yetiriblər.
525.az xəbər verir ki, bu barədə Milli Polis Xidmətinə istinadən yerli media xəbər yayıb.
Hücum qəsdən və məqsədyönlü olub. Hadisə şahidlərinin sözlərinə görə, deputatın olduğu "Toyota" markalı avtomobil işıqforda dayanan zaman iki nəfər motosikletlə ona yaxınlaşıb.
Onlardan biri motosikletindən düşüb maşının yanına gedib və atəş açıb. Sürücü və digər sərnişin xəsarət almayıb. Polis qətlin baş vermə şəraitini araşdırır.
Bundan əvvəl Keniyada şotlandiyalı iş adamı Kempbell Skott öldürülüb.
Ölkəyə biznes konfrans üçün gələn 58 yaşlı iş adamının cəsədi meşədə ananas torbasında tapılıb.
Pərvanə Sultanova
çap et