Dünyanın ən yaşlı qadını, braziliyalı rahibə İna Kanabarro Lukas 116 yaşında vəfat edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun yaxınları ictimaiyyətə məlumat veriblər.
İna Kanabarro Lukas 1908-ci il iyunun 8-də dünyaya gəlib. Ötən ilin dekabrında 116 yaşlı yaponiyalı Tomiko İtooki dünyasını dəyişdikdən sonra planetin ən yaşlı qadını məhz Lukas elan olunmuşdu.
Qeyd edək ki, braziliyalı rahibənin vəfatından sonra hazırda dünyanın ən yaşlı qadınının adı məlum olub. Bu, ingiltərəli Etel Keyteremdir. 1909-cu ildə doğulan Keyterem eyni zamanda Böyük Britaniya tarixində ən çox yaşayan qadındır.

L.Tağıyeva
çap et