525.Az

Baş Polis İdarəsinin yüksək rütbəli 6 əməkdaşı işdən çıxarılıb


 

Baş Polis İdarəsinin yüksək rütbəli 6 əməkdaşı işdən çıxarılıb<b style="color:red"></b>

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yüksək rütbəli 6 əməkdaşı işdən çıxarılıb.
 
APA-nın məlumatına görə, idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidovun  imzaladığı müvafiq əmrlərlə BŞBPİ-nin Kadrlar idarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev, onun müavini Mövsüm Qurbanov, Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Təhqiqat İdarəsinin rəisi Ayxan Bağırov və Katibliyin rəisi Namiq Aslanov tutduqları vəzifədən azad ediliblər.

Onların yerinə hələlik təyinat yoxdur.

 





15.12.2014    çap et  çap et