525.Az

"Sumqayıt" futbolçusu ilə müqavilənin müddətini uzadıb


 

"Sumqayıt" futbolçusu ilə müqavilənin müddətini uzadıb<b style="color:red"></b>

"Sumqayıt" klubu futbolçusu İsa Sulimanla müqavilənin müddətini uzadıb.

525.az bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.

27 yaşlı müdafiəçi ilə qüvvədə olan sözləşmə daha 2 il müddətinə artırılıb.

Qeyd edək ki, 2023/2024 mövsümündən komandada çıxış edən ingiltərəli oyunçu Misli Premyer Liqasında 27, Azərbaycan Kubokunda 2 matçda meydanda olub. O, bu qarşılaşmalarda 4 qola imza atıb.

 





02.05.2025    çap et  çap et