Türkiyədə daha bir avtobus qəzası baş verib.
525.az “Milliyet”ə istinadən xəbər verir ki, Manisanın Akhisar bölgəsində sərnişin avtobusu yoldan kənara aşıb. Hadisə nəticəsində 16 nəfər yaralanıb.
Bildirilib ki, sürücü sükana nəzarəti itirdiyindən avtobus yoldan çıxıb.
Hadisə yerinə təcili yardım, polis və yanğınsöndürən cəlb edilib.
Yaralılar dərhal xəstəxanaya qaldırılıb.
İbrahim Cəfərov
çap et