525.Az

Tərtər sakini minaya düşüb


 

Tərtər sakini minaya düşüb<b style="color:red"></b>

Tərtər rayon sakini minaya düşüb.

Tərtər Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə təmas xəttinə yaxın, Həsən Qaya adlanan ərazidə qeydə alınıb.
 
Laçın rayonundan olan məcburi köçkün, 1973-cü il təvəllüdlü Ramin Baloğlan oğlu Şaluxov qoyun otararkən minaya düşüb. Nəticədə o, hadisə yerindəcə dünyasını dəyişib.

 





15.12.2014    çap et  çap et