525.Az

İranın cənub-şərqində son altı ayda 250 silahlı zərərsizləşdirilib


 

İranın cənub-şərqində son altı ayda 250 silahlı zərərsizləşdirilib<b style="color:red"></b>

İranın İnqilab Keşikçiləri Qvardiyası (Sepah) ötən ilin noyabrından indiyədək Sistan və Bəlucistan əyalətində keçirdikləri əməliyyatlarla 150 döyüşçünü həbs edib, 100 silahlını öldürüb.

525.az “Report” a istinadən “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Sepahın Quru Qoşunları komandanı, briqada generalı Məhəmməd Pakpur bildirib.

Onun sözlərinə görə, əməliyyatlar İranın cənub-şərqində keçirilib.

M.Pakpur 2024-cü ilin aprelində Rask və Çahbeharda baş verən hücumlar haqqında danışaraq deyib: "Bu əməliyyatlar zamanı öldürülən 18 terrorçunun hamısı yerli yanacaq qaçaqmalçıları kimi maskalanmış əcnəbilər idi. Onların yanacaq konteynerləri içərisində gizlədilmiş silahları var idi".

 





02.05.2025    çap et  çap et