525.Az

Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır


 

Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

"Biz Harvardı vergi statusundan məhrum etməyə hazırlaşırıq. Onlar buna layiqdirlər!" - o qeyd edib.

Daha əvvəl Harvard Universitetinin ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən bir neçə milyard dollar məbləğində maliyyələşdirmənin bloklanması fonunda 1 milyard dollar dəyərində aktivlərinin satışı ilə bağlı aktiv danışıqlar apardığı bildirilmişdi.

 





02.05.2025    çap et  çap et