525.Az

Berlində 1 May nümayişləri zamanı 70-dən çox insan saxlanılıb


 

Berlində 1 May nümayişləri zamanı 70-dən çox insan saxlanılıb<b style="color:red"></b>

Berlin polisi mayın 1-də keçirilən nümayişlər zamanı 73 nəfəri saxlayıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Bildirilib ki, nümayişlər zamanı baş verən toqquşmalar nəticəsində təxminən 12 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

Berlinin daxili işlər üzrə senatoru İris Şpranger bildirib ki, təxminən 5 800 polis əməkdaşı növbədə olub.

Qeyd edilib ki, 62 nümayiş və bayram tədbirlərində 61 mindən çox insan iştirak edib.

 





02.05.2025    çap et  çap et