525.Az

Azərbaycan cüdoçusu qızıl medal qazandı


 

Azərbaycan cüdoçusu qızıl medal qazandı<b style="color:red"></b>

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

QOL.az xəbər verir ki, o, 1/8 finalda Acıtı Dombuunu (IJF) ardınca Anvarjon İbrohimovu (Özbəkistan) məğlub edib.

Cüdoçumuz yarımfinalda Ariunbold Enxtayvandan (Monqolustan) üstün olub. Ağayev finalda Muhammadsoleh Quvatovla (Tacikistan) ilə güləşib. O, bu görüşü də xeyrinə bitirərək qızıl medala sahib olub.

Bu gün Yaşar Nəcəfov (66 kq) üçüncü yer uğrunda görüşdə özbəkistanlı Artyom Şturbabinlə güləşəcək.

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri mayın 4-də başa çatacaq.

 





02.05.2025    çap et  çap et