525.Az

Çilidə güclü zəlzələ


 

Çilidə güclü zəlzələ<b style="color:red"></b>

Bu gün yerli vaxtla 08:58-də (Bakı vaxtilə 16:58) Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentri Puerto-Uilyams şəhərindən 218 km məsafədə, Sakit okeanda, Yer qabığının 10 km dərinliyində yerləşib.

Yeraltı təkanlar Çili ilə yanaşı Argentina ərazisində də hiss olunub. Dağıntı və itki ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, yerli fövqəladə hallar xidməti sunami xəbərdarlığı elan edib.

L.Tağıyeva

 





02.05.2025    çap et  çap et