525.Az

Məşhur futbol azarkeşi vəfat etdi


 

Məşhur futbol azarkeşi vəfat etdi<b style="color:red"></b>

Dünyada ən məşhur futbol azarkeşlərindən biri sayılan ispaniyalı Manuel Kaseres-Artesero dünyasını dəyişib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya millisinin mətbuat xidməti məlumat yayıb.

Barabançı Manuel kimi tanınan azarkeşi məşhur edən onun İspaniya millisinə olan sadiqliyidir. 1979-cu ildə ilk dəfə İspaniya millisinin səfər oyununa yollanan Manuel 1982-ci ildən bu yana keçirilən 10 dünya çempionatının final mərhələsində komandasının bütün oyunlarını tribunadan izləyib. Bura 8 Avropa çempionatını da əlavə etmək yerinə düşər.

Bundan başqa, klub səviyyəsində "Valensiya"ya azarkeşlik edən barabançı 1982-2006-cl illər aralığında komandanın bir oyununu belə buraxmayıb.

Qeyd edək ki, 76 yaşlı Manuel bir neçə gün əvvəl nəfəs almaqda çətinlik çəkdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. 

L.Tağıyeva

 





02.05.2025    çap et  çap et