525.Az

Qubada yeniyetmə cüdoçular arasında Avropa Kubokuna bu gün yekun vurulacaq


 

Qubada yeniyetmə cüdoçular arasında Avropa Kubokuna bu gün yekun vurulacaq<b style="color:red"></b>

Qubada keçirilən yeniyetmə cüdoçular arasında Avropa Kubokuna bu gün yekun vurulacaq.

525.az-ın "Report"a istinadən məlumatına görə, yarışın ikinci günündə oğlanlarda 73, 81, 90 və +90 kq çəki dərəcələrində mükafatçılar bəlli olacaq.

Qızlarda isə 57, 63, 70 və +70 kq-da medalçılar müəyyənləşəcək.

Qeyd edək ki, ötən gün Azərbaycan təmsilçiləri 12 medal qazanıblar. Ölkəni yarışda 141 idmançı (100 oğlan, 41 qız) təmsil edir.

 





04.05.2025    çap et  çap et