525.Az

Çilidə 7,5 ballıq ZƏLZƏLƏ


 

Çilidə 7,5 ballıq <b style="color:red">ZƏLZƏLƏ</b>

Çilinin cənub sahil sularında 7,5 bal gücündə güclü zəlzələ qeydə alınıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Çili Universitetinin Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, hadisə ilə əlaqədar Maqalyanes bölgəsi üçün sunami təhlükəsi barədə xəbərdarlıq edilib.

Rəsmilərin bildirdiyinə görə, yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib və ətraf yaşayış məntəqələrində hiss olunub.

 





04.05.2025    çap et  çap et