525.Az

Təhsil Nazirliyindən yeni müsabiqə


 

Təhsil Nazirliyindən yeni müsabiqə<b style="color:red"></b>

Azərbaycanda 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəbləri, idmançı və məşqçi-müəllimlər arasında respublika müsabiqəsi keçiriləcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, müsabiqənin məqsədi "İdman ili"ndə uşaq-gənclər idman və şahmat məktəblərinin, həmin məktəblərdə çalışan məşqçi-müəllimlərin fəaliyyətlərini qiymətləndirmək, istedadlı idmançıları aşkar etmək və onları həvəsləndirməkdir.

Təhsil naziri Misir Mərdanovun bununla bağlı imzaladığı əmrə əsasən, müsabiqə ilin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman və şahmat məktəbi, şəhərlər üzrə ilin ən yaxşı uşaq-gənclər idman məktəbi, kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər idman məktəbi, kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat məktəbi, oğlanlar arasında ilin ən yaxşı idmançısı, qızlar və oğlanlar arasında ilin ən yaxşı idmançısı, idman və şahmat məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi nominasiyaları üzrə keçiriləcək.

Nazirliyin məlumatında bildirilib ki, respublika müsabiqəsinə təqdim ediləcək idmançı, məşqçi-müəllim və məktəblər haqqında məlumatlar dekabrın 5-dək Təhsil Nazirliyinə təqdim edilməlidir. Müsabiqənin respublika mərhələsinə dekabrda yekun vurulacaq.

S.QARAYEVA

 

 





22.11.2012    çap et  çap et