525.Az
Dövlət qurumu məhkəməyə verildi
Fəlsəfə doktoru Elmira Alxasova Ali Attestasiya Komissiyasını məhkəməyə verib.
Lent.az-ın Bakı Apelyasiya Məhkəməsinə istinadən verdiyi məlumata görə, alim komissiyadan məktubların əsassız hesab olunması, elmi dərəcə və elmi addan məhrum edilmə vəzifəsinin həvalə edilməsi tələbi ilə məhkəməyə üz tutub. Məhkəmə iclası dekabrın 12-də keçiriləcək.
Qeyd edək ki, Elmira Alxasova pedaqogika üzrə fəlsəfə doktorudur. O, uzun müddət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.
Lent.az-ın əldə etdiyi məlumata görə, alim xanım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kafedra müdiri İlqar Hüseynovun doktorluq dissertasiyasının plagiat olması ilə bağlı dəfələrlə Ali Attestasiya Komissiyasına müraciət edib. Lakin o, müsbət cavab ala bilməyib. Görünür, E. Alxasovanın da məhkəməyə şikayət etməsi bu məsələ ilə əlaqədardır.
15.12.2014
çap et