525.Az

Rusiyada polisə hücum olub


 

Rusiyada polisə hücum olub<b style="color:red"></b>

Mahaçqalada naməlum şəxslər yol patrul xidmətinin əməkdaşlarına silahlı basqın edib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şəhərin mərkəz küçələrindən birində baş verən atışmada 1 polis əməkdaşı həlak olub.

Hadisə bu gün günorta saatlarında baş verib.  "Saxla" əmrinə tabe olmayan mülki avtomobilin sürücüsü polislərə atəş açıb. Cavab atəşi ilə 2 basqınçı yaralanıb. Digər ikisi isə hadisə yerindən polislərə məxsus avtomobillə qaça bilib. Onların saxlanması üçün xüsusi əməliyyat planı həyata keçirilir.

Qeyd edək ki, daha 2 polis əməkdaşı və 2 mülki şəxs güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Sonradan yaralılardan birinin dünyasını dəyişdiyi barədə bildirilsə də, kimliyi açıqlanmayıb.

L.Tağıyeva

 





05.05.2025    çap et  çap et