525.Az

Hakan Fidan BƏƏ Prezidenti ilə görüşdü


 

Hakan Fidan BƏƏ Prezidenti ilə <b style="color:red"> görüşdü</b>

Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.

525.az xəbər verir ki, səfər çərçivəsində o, Abu Dabidə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhya ilə görüşüb.

Türkiyə Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında görüşdən fotolar paylaşılıb və “Nazirimiz Hakan Fidan Abu Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən qəbul edilmişdir” sözləri yer alıb.

Görüşün təfərrüatları açıqlanmır.

İbrahim Cəfərov

 





06.05.2025    çap et  çap et