525.Az

İntiqam Əliyevin cinayət işi üzrə istintaq başa çatıb


 

İntiqam Əliyevin cinayət işi üzrə istintaq başa çatıb<b style="color:red"></b> Həbsdə olan vəkil İntiqam Əliyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 
 
Bu barədə APA-ya məlumat verən vəkil Cavad Cavadov bildirib ki, hazırda vəkillər cinayət işinin materialları ilə tanış olurlar.
 
İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) , 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.
 





15.12.2014    çap et  çap et