525.Az

Rusiya və İran prezidentləri regional məsələləri müzakirə edib


 

Rusiya və İran prezidentləri regional məsələləri müzakirə edib<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı zamanı beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi olub.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Məlumata görə, onlar İran və ABŞ arasında birbaşa olmayan görüşün gedişini müzakirə ediblər.

Bildirilib ki, Vladimir Putin İran və ABŞ arasında ədalətli razılaşmaya nail olmaq məqsədilə dialoqun irəliləməsinə Rusiyanın yardım etməyə hazır olduğunu təsdiqləyib.

İnformasiyaya əsasən, tərəflər Əhatəli Strateji Tərəfdaşlıq Müqaviləsi əsasında Rusiya-İran əməkdaşlığının inkişafı məsələlərindən də bəhs ediblər.

Rusiya lideri İranın hökumət başçısına Hürmüzqan əyalətinin Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

 





06.05.2025    çap et  çap et