ABŞ bu il Avropa İttifaqı (Aİ) mallarından 100 milyard avro gömrük rüsumu toplaya bilər.
525.az "Report" a istinadən xəbər verir ki, bunu ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə Avropa Komissarı Maroş Şefçoviç Avropa Parlamentinin sessiyasında çıxışı zamanı bildirib.
"Bu, rüsumların toplanması baxımından böyük məbləğ olacaq. 2024-cü ildə ABŞ Aİ mallarından rüsum və tariflər şəklində 7 milyard avro toplayıb. Avropa Komissiyasının proqnozu göstərir ki, 2025-ci ildə bu rəqəm 100 milyard avroya qədər arta bilər", - o qeyd edib.
O vurğulayıb ki, bu gün Vaşinqton artıq Aİ ixracının 70 %-nə 10 %-dən 25 %-ə qədər gömrük rüsumu tətbiq edib.
çap et