525.Az

Merts yenidən Almaniya kansleri vəzifəsinə namizəd təklif ediləcək


 

Merts yenidən Almaniya kansleri vəzifəsinə namizəd təklif ediləcək<b style="color:red"></b>

Fridrix Mertsin Almaniya kansleri vəzifəsinə namizədliyi üzrə ikinci səsvermə turu Bundestaqda mayın 6-da yerli vaxtla saat 15:15-də keçiriləcək. Xristian-Demokratik İttifaqı və Xristian-Sosial İttifaqı (CDU/CSU) bloku və Almaniya Sosial-Demokrat Partiyasından (SPD) ibarət koalisiya onun namizədliyini dəstəkləyəcək. 

525.az “Report”a istinadən xəbər verir ki, Bundestaq fraksiyaları kanslerin namizədliyi üzrə yeni səsvermənin keçirilməsi imkanını müzakirə edəcəklər.

Qeyd olunub ki, birinci turda uğursuzluğa düçar olan Merts yenidən namizədliyini irəli sürməkdə qətiyyətlidir.

 





06.05.2025    çap et  çap et